Kral kraliçadan daha varlıdır: Var-dövlətini ikiqat artırdı



 19:31 18.04.2023     643

İngiltərə kralı III Çarlz ötən il vəfat edən anası Kraliça II Yelizavetanın sərvətini ikiqat artırıb.

Demedia.az xəbər verir ki, keçən il kraliçanın 370 milyon funt-sterlinq sərvəti olduğu hesablanmışdı. Çarlzın indi 600 milyon funt sterlinqdən çox sərvətinin olduğu təxmin edilir. "Sunday Times Zənginlər siyahısı"na görə, Kral Çarlz Uels Şahzadəsi olduğu zaman Kornuol Hersoqluğundan əldə etdiyi gəlirlərdən pul yığırdı. Çarlz padşah olmamışdan əvvəl o, Kornuoll Hersoqluğu vasitəsilə 15 milyon funt-sterlinq arasında şəxsi gəlirə malik idi və indi bu gəlir oğlu Şahzadə Uilyama keçir.

Təhlil göstərdi ki, kral Çarlz son 10 ildə hersoqluqdan 212,7 milyon funt sterlinq alıb. London, Milton Keynes və Cornwallda kommersiya obyektlərinin icarəsindən əldə olunan gəlir də 17,6 milyon funt-sterlinqə yüksəlib. Kralın qida məhsullarından ibarət brend portfelinin olduğu da məlumdur. Digər tərəfdən, Çarlzın 1996-cı ildə Şahzadə Diana ilə 17 milyon funt-sterlinqə başa gələn boşanmasından sonra daha qənaətcil olduğu da iddia edilir. Keçmiş vəkil padşahın qənaətcilliyini təriflədi. 1996-cı ildə Çarlzdan boşanan Diana 1997-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.

Aysun / Demedia.az