Sidiyə tez-tez çıxmaq prostat vəzi xəstəliyindən xəbər verir? - Video
Prostat vəzin böyüməsi 50% kişilərdə sidikburaxma prosesinin pozulmasına gətirib çıxarır.
Bu xəstəlikdən əziyyət çəkən əksər kişilərə sidiyin arakəsilərək çıxması, tez-tez sidiyə getmə, sidik kisəsinin tam boşalmaması kimi hisslərin yaranması, gecə sidikburaxma kimi əlamətlər tanışdır. Son tədqiqatlar göstərir ki, prostat vəzin ölçüsü nə qədər böyük olarsa xəstəliyin ağırlaşma hallar o qədər çox olacaq. Kəskin sidik ləngiməsindən əlavə (10% hallarda rast gəlinir), bəzi hallarda sidik yollarının iltihabı, sidik kisəsinin daşları, sidik kisəsi venalarında qanaxma və potensiyanın pozulması kimi xəstəliklər meydana çıxa bilər.
Androloq Azər Mirzəyev kişilərin tez-tez sidiyə çıxması prostat vəzi xəstəliyindən xəbər verməsi barədə videoda ətraflı məlumat verir
Androloq Azər Mirzəyev kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:
Aysun Həsənova / DEMEDİA.AZ