Sergey Lavrov prezident Nikolas Maduro ilə görüşdü



 15:57 19.04.2023     329

Latın Amerikası turu çərçivəsində Venesuelaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro tərəfindən qəbul edilib.

Demedia.az xəbər verir ki, iki ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi görüş Prezident sarayında yerləşən Mirafloresdə baş tutub. Lavrovla görüşünün görüntülərini tvitter hesabında paylaşan Maduro, “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli əlaqələrimizi və ölkələrimizin inkişafı üçün müxtəlif sahələrdə birgə əməkdaşlıq xəritəsini gücləndirən xoş görüş keçirdik” deyə yazıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov Amerika turu çərçivəsində Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcək.

Bahadur Seyidov