ABŞ qüvvələri regionda istənilən vəziyyətə hazırdır- AÇIQLAMA



 16:11 19.04.2023     286

ABŞ-ın Hind-Sakit Okean Qüvvələrinin komandanı, admiral Con Aquilino Çinin Tayvana mümkün hücumun qarşısının alınmasına cavabdeh olduğunu və ABŞ qüvvələrinin regionda istənilən vəziyyətə hazır olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Nümayəndələr Palatasının Silahlı Qüvvələrin təhlükəsizlik komitəsində Sakit Okean bölgəsi mövzusunda iclas keçirilib. İclasda çıxış edən admiral Aquilino bildirib ki, Çinlə münasibətləri gərginləşdirmədən Pekini Tayvana müdaxilə etməkdən çəkindirməyə çalışmaq lazımdır. Aquilino, bölgədə ortaya çıxan təhlükəsizlik problemlərinin son 80 ildə qaydalara əsaslanan beynəlxalq nizamın təmin etdiyi sülh və rifahı təhdid etdiyini qeyd edib.

Qapalı iclasda Çinin hipersəs silah qabiliyyətinə qarşı hansı tədbirlər gördüyü ilə bağlı sualları cavablandırmaq istədiyini ifadə edən Aquilino, Çinin qabaqcıl texnologiya imkanlarının istehsal tempinin narahatedici olduğunu bildirib.

Bahadur Seyidov