Rusiya Böyük Britaniya, ABŞ və Kanadaya etiraz notası verdi



 15:31 19.04.2023     306

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya, ABŞ və Kanadaya ölkənin daxili işlərinə qarışması səbəbiylə etiraz notası verildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, Böyük Britaniya, ABŞ və Kanada Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası ilə bağlı təxribatçı bəyanatlar verərək yalan məlumat yayır. Bu açıqlamaların qəbuledilməz olduğu vurğulanan bəyanatda Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Clairein nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda bu cür hərəkətlərin “Rusiyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirildiyi və səfirlərə etiraz notalarının verildiyi qeyd edilib.

Bahadur Seyidov