Quterreş ABŞ-a nota verdi



 16:40 19.04.2023     303

BMT-nin Baş Katib Quterreş ABŞ-ın rabitə əlaqələrinə nəzarət etməsindən narazılığını bildirmək üçün bu ölkənin BMT-dəki Daimi Nümayəndəliyinə nota verib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin sözçüsü Stefan deyib. O bildirib ki, Pentaqondan sızdırılan sənədlərdə Baş katibin çıxışlarının təhrif olunmuş xülasəsi müşahidə edilib.

“Biz ev sahibi ölkəyə rəsmi şəkildə narazılığımızı bildirdik ki, Baş katib və digər yüksək səviyyəli BMT rəsmilərinin kommunikasiya əlaqələrinin ABŞ hökuməti tərəfindən izlənilir və müdaxilə edilir”- Düjarrik deyib.

Bahadur Seyidov