NATO dünyanın ən böyük kibermüdafiə təlimini təşkil edir



 17:08 19.04.2023     333

NATO 38 ölkədən 3000-dən çox iştirakçı ilə dünyanın ən böyük kibermüdafiə təlimini təşkil edir.

Demedia.az xəbər verir ki, təlimlər Estoniyada NATO-nun Birgə Kiber Müdafiə Mükəmməllik Mərkəzi tərəfindən keçirilir. NATO-nun açıqlamasına görə, təlimdə kompüter sistemləri mümkün hücumlara qarşı qorunacaq, kritik vəziyyətlərdə alınacaq taktiki və strateji qərarlar simulyasiya ediləcək. NATO-nun Birgə Kiber Müdafiə Mükəmməllik Mərkəzinin direktoru Mart Noorma deyib:

"Heç bir kibermüdafiə təlimi bu təlimlər qədər ixtisaslaşmış və ətraflı təcrübə təqdim edə bilməz. Dünya üzrə 24 komanda kritik infrastrukturların və kompüter sistemlərinin işə salınmasını təmin etməli olacaq. Komandalar situasiyalarda və yüksək təzyiq altında sistemlərin işləməsini təmin etmək üçün nə edəcəklərini nümayiş etdirəcək”.

Bahadur Seyidov