İsveç dövlət radiosu tvitter hesabındakı fəaliyyətini dayandırdı



 17:28 19.04.2023     308

İsveç dövlət radiosu “SR” tvitter hesabındakı fəaliyyətini dayandırdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə “SR”in sosial media meneceri Christian Gillinger açıqlama verib. O bildirib ki, “SR” radiosu tvitter hesablarındakı paylaşımlarını tamamilə dayandırmağa qərar verib. Tvitterin illər ərzində dəyişdiyini qeyd edən Gillingerin sözlərinə görə, radio üçün sosial media daha az əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, İsveçlilərin yalnız 7 faizi tvitterdən istifadə etdiyi görünür.

Oxucular digər sosial media hesablarına daha çox maraq göstərdiyi üçün radio tvitter hesabını dayandırıb.

Bahadur Seyidov