NATO-dan Rusiya və Çinə xəbərdarlıq



 17:43 19.04.2023     320

“NATO Rusiya əsas olmaqla Çin və digər dövlətlərdən qaynaqlanan təhdidlərə qarşı silahlanmaya nəzarət üçün hazırlığını artırmaq və lazımi aktyorlarla əlaqəni davam etdirmək əzmindədir”.

Demedia.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O Vaşinqtonda keçirilən silahlara nəzarət üzrə NATO konfransındakı onlayn çıxışı zamanı bildirib ki, silahlanmaya nəzarət və ümumilikdə təhlükəsizlik üçün son dərəcə çətin dövrdür. "Rusiya təhlükəsizliyimizə birbaşa təhdiddir. Lakin qlobal təhlükəsizlik mühiti ümumiyyətlə narahatedicidir.

Çin öz imkanları ilə heç bir şəffaflıq olmadan nüvə arsenalını sürətlə artırır. İran və Şimali Koreya öz nüvə proqramlarını və çatdırılma sistemlərini inkişaf etdirir” - Stoltenberq deyib.

Bahadur Seyidov