Cənubi Koreya Şimali Koreyaya çağırış etdi



 16:58 19.04.2023     305

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Şimali Koreyanı ölkənin ilk hərbi casus peykinin buraxılması planından imtina etməyə çağırıb.

Demedia.az xəbər verir ki, nazirlik rəsmiləri Şimali Koreyanı beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına və narahatlıqlarına diqqət yetirməyə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və  beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. Açıqlamada hərbi casus peykinin orbitə çıxarılmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması, eləcə də regionda sülh və təhlükəsizliyi təhdid edən təxribat aktı olduğu vurğulanıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ölkənin ilk hərbi casus peykinin orbitə buraxılması üçün bütün hazırlıqların başa çatdığını açıqlayıb.

Bahadur Seyidov