Məşhur sənətçinin ölüm səbəbi BƏLLİ OLDU



 18:00 19.04.2023     588

1992-ci ildə qurulan, 1995-ci ildə ilk albomunu çıxaran və bir çox hitlərə imza atan məşhur "Backstreet Boys" musiqi qrupunun üzvlərindən olan Nik Karterin qardaşı reper Aaron Karter 5 noyabr 2022-ci ildə dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, hamamında vannada tapılan Karterin ölüm səbəbi məlum olub.

Məşhur amerikalı reper Aaron Karter ötən ilin noyabrında Los-Anceles yaxınlığındakı evində ölü tapılıb. 1990-cı illərin məşhur "Backstreet Boys" musiqi qrupunun üzvü Nik Karterin qardaşı Aaron Karter dünyasını dəyişəndə ​​34 yaşında idi.

Uşaq ulduzu kimi erkən şöhrət qazanan və rep karyerasına başlamazdan əvvəl "Backstreet Boys" qrupu ilə qastrol səfərinə çıxan Aaron Karterin cəsədi küvetdə su altında tapılıb.

Məşhur reperin ölüm səbəbi ölümündən bir gün sonra hazırlanan və aylar sonra dərc edilən yarılma hesabatı ilə aydın oldu. Məlum olub ki, Karter ölməzdən əvvəl sakitləşdirici dərman qəbul edib. Karterin bədənində sıxılmış qaz da (adətən sprey təmizləyicilərdə istifadə olunur və narkotik təsirə malikdir) tapılıb.

Sakitləşdirici təsirin altında hərəkət edə bilməyən Aaron Karterin təsadüfən evinin hamamının vannasında boğulduğu açıqlanıb.

Aysun / Demedia.az