Ayı balasının bu görüntüləri hər kəsin maraqğına səbəb oldu - VİDEO



 23:09 19.04.2023     560

Kəlkit-Bayburt yolu ilə aşağı düşən ayı balasının şəklini maşını ilə izləyən sürücü mobil telefonla çəkib.

Demedia.az xəbər verir ki, magistral yolda ayı körpəsi maşının işığı ilə tam sürətlə qaçıb.

Vətəndaş gecə vaxtı ailəsi ilə birlikdə avtomobili ilə yolda hərəkətdə olarkən yola ayı balası çıxıb. Ayı körpəsi avtomobilin işığında magistral yolda bir müddət qaçıb. Həmin anları cib telefonunun kamerası ilə lentə alan vətəndaşlar heyrət içində nəqliyyat vasitəsinin sürücüsünə bir müddət onları izləməyi tapşırıblar. Sürücü isə ayının gözünü itirməmək üçün sürəti azaldıb. Daha sonra ayının yorulduğunu düşünən sürücü ayını buraxıb. Avtomobilin işığı ilə bir müddət sürətlə qaçan ayı balası daha sonra dağlıq əraziyə doğru gözdən itib.

Aysun / Demedia.az