Fransada mübahisəli pensiya islahatına qarşı aksiyalar davam edir



 14:45 20.04.2023     348

Fransada mübahisəli pensiya islahatının əleyhdarları paytaxt Parisdə qatar stansiyalarını bağlamağa başlayıblar.

Demedia.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə çox sayda nümayişçinin həmkarlar ittifaqının pankartları ilə Parisdəki “Gare du Nord” binasına hücum etdiyi müşahidə edilib. Nümayişçilər “Biz işçilərin ləyaqəti və Makron istəməsə də, daha yaxşı bir dünya üçün buradayıq” şüarını səsləndirib.

Qeyd edək ki, Fransada hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini parlamentdə səsverməyə çıxarmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Bahadur Seyidov