Kubada Migel Diaz-Kanel yenidən prezident seçildi



 15:43 20.04.2023     354

Kubada Migel Diaz-Kanel yenidən prezident seçilib.

Demedia.az xəbər verir ki, Xalq Hakimiyyəti Milli Assambleyasında keçirilən sessiyada o, deputatların 97,66 faiz dəstəyini alıb. Milli Seçki Şurasının məlumatına görə, hazırkı 462 deputatdan 459-u Kaneli dəstəkləyib. Bununla da, 62 yaşlı prezident postunda qalıb. Vitse-prezident Salvador Valdes Mesa 462 deputatdan 439-nun dəstəyi ilə yenidən vitse-prezident seçilib. Milli Assambleyanın sədri Esteban Lazo plenar iclasdakı çıxışında “Elan edilmiş nəticələri nəzərə alaraq, Migel Mario Diaz-Kanel Bermudezi respublika prezidenti elan edirəm” deyə bildirib.

Əksəriyyətini Kuba Kommunist Partiyasının üzvlərinin təşkil etdiyi Xalq Hakimiyyəti Milli Assambleyası qanunvericiliklə yanaşı, yüksək səviyyəli icraçıları da seçmək səlahiyyətinə malikdir. Çoxpartiyalı siyasi sistemlərdən fərqli olaraq, Kubada Qanunverici orqana namizədlərin əksəriyyəti Kuba Kommunist Partiyasının üzvləri kimi daxil olur.

Bahadur Seyidov