Baydenə ictimai dəstək 3 faiz azaldı



 16:12 20.04.2023     315

Reuters/Ipsos tərəfindən birgə aparılan sorğuya görə, prezident seçkilərində namizəd olacağını açıqlayan ABŞ prezidenti Co Baydenə ictimai dəstək 39 faizə düşüb.

Demedia.az xəbər verir ki, sorğuya görə, amerikalıların yalnız 39 faizi Baydenin prezidentlik fəaliyyətini dəstəkləyir. Beləliklə, Baydenin siyasətinə ictimai dəstək əvvəlki ayla müqayisədə 3 faiz azalıb.

Qeyd edək ki, prezident seçiləndən bəri Kovid-19 epidemiyası və yüksək inflyasiya rəqəmləri ilə mübarizə aparan Baydenə ictimai dəstək 2022-ci ilin may və iyun aylarında 36 faiz olub. 80 yaşlı Baydenin üzləşdiyi ən mühüm problemlərdən biri xalqın iqtisadiyyatdan narazılığı olsa da, respondentlərin 10 faizi ətraf mühit və cinayətlərin ölkənin ən böyük problemlərindən olduğunu bildirib. Bayden prezidentliyə namizəd olacağını hələlik rəsmən açıqlamayıb.

Bahadur Seyidov