Ukrayna daha çox hava hücumundan müdafiə sistemləri verilməsi tələb edir



 15:59 20.04.2023     285

Almaniya, Hollandiya və ABŞ tərəfindən Ukraynaya verilən “Patriot” hava hücumundan müdafiə sistemləri ballistik hədəfləri vurma qabiliyyətini artırıb.

Demedia.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov belə açıqlama verib. O bildirib ki, hava və raketdən müdafiə sistemləri Ukraynanın müdafiəsi üçün vacibdir. Müasir hava və raketdən müdafiə sistemlərinin ən qısa zamanda əldə edilməsinin prioritetlərdən biri olduğuna diqqət çəkən Reznikov, "Bu, şəhərlərimizi, kritik infrastrukturumuzu və insanlarımızı qorumaq deməkdir" deyə bildirib.

Reznikovun sözlərinə görə, Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Bahadur Seyidov