Üsyançılar tərəfindən saxlanılan Misir əsgərlərinin bir hissəsi Qahirəyə qayıtdı



 16:43 20.04.2023     298

Misir mətbuatı Sudanda Çevik Dəstək Qüvvələri tərəfindən saxlanılan Misir əsgərlərinin bir hissəsinin Qahirəyə qayıtdığına dair xəbərlərin olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Misir administrasiyasına yaxınlığı ilə tanınan Qahirə Televiziyası, Sudanda saxlanılan Misir əsgərlərinin bir hissəsinin sərbəst buraxıldığını qeyd edib. Qahirəyə qayıdan hərbçilərin sayı barədə məlumat yoxdur. Hazırda Çevik Dəstək Qüvvələri tərəfindən saxlanılan misirli hərbçilərin sayı da dərc edilməyib.

Qeyd edək ki, Sudan ordusu ilə müharibə aparan Çevik Dəstək Qüvvələri təlimlər üçün ölkədə olan Misir əsgərlərinin təhlükəsizliyinin təmin edildiyini açıqlamışdı. Üsyançıların məlumatına görə, təhlükəsizlik təmin olunandan sonra Misir əsgərləri təhvil veriləcək.

Bahadur Seyidov