ABŞ-da ilk dəfə bələdiyyə Ramazan bayramını dövlət bayramı kimi qeyd edir



 17:18 20.04.2023     340

ABŞ-ın Miçiqan ştatındakı bələdiyyədə müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi qeyd edəcəklər.

Demedia.az xəbər verir ki, bu barədə Miçiqan ştatının Dearborn şəhərinin meri Abdullah Hammoud açıqlama verib. O bildirib ki, bələdiyyə ilk dəfədir ki, Ramazan bayramını rəsmi bayram kimi elan edir. 2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman bələdiyyə sədri olan Livan əsilli Hammud, müsəlman icmasının ilk dəfə olaraq özünü doğulub boya-başa çatdığı şəhərin bir hissəsi kimi hiss edəcəklərini ifadə edib.

Qeyd edək ki, Dearborn ABŞ-da ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110.000-ə yaxın əhalisinin təxminən yarısı ərəb mənşəlidir.

Bahadur Seyidov