ABŞ Ukraynaya yeni silahlar verdi



 17:42 20.04.2023     321

ABŞ Müdafiə Nazirliyi Ukraynaya edilən 325 milyon dollarlıq hərbi yardımın təfərrüatlarını açıqlayıb.

Demedia.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, Bayden administrasiyası 2021-ci ilin avqustundan bu yana 36-cı dəfə Ukraynaya ordunun arsenalından silah verib. Paketə daxil olan sursat və avadanlıqların təfərrüatları ictimaiyyətə açıqlanıb.

Ukraynaya "HİMARS” üçün əlavə döyüş sursatı olan 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “TOW” raketləri, AT-4 tank əleyhinə silah sistemləri, tank əleyhinə minalar, maneələri təmizləmək üçün söküntü sursatları, 9 milyondan çox kiçik silah sursatları və digərləri verilib.

Bahadur Seyidov