Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki danışıqlar prosesi irəliləyir - İran



 16:12 20.04.2023     300

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə proqramını araşdıran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki danışıqlar prosesinin irəlilədiyini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə “Təsnim” agentliyi məlumat verib. O, Tehranda Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, heyətlər hər gün gedib-gəlir və əlaqə saxlayırlar. "Danışıqlar prosesi irəliləyir. İran və Agentlik arasında texniki və ekspert heyətləri hər gün əlaqə saxlayır və işin nəticələrini vaxtında hesabat verirlər", - Məhəmməd İslami bildirib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Qrossi Tehranda səfərdə olub və Prezident İbrahim Rəisi də daxil olmaqla yüksək vəzifəli şəxslərlə görüşüb.

Bahadur Seyidov