Buraxılış imtahanından qovulan Nur: "3 gündür ki, yatmır..." - VİDEO
"Səhvən atasının köhnə telefonu kurtaksının cibində qalıb".
Bu sözləri Buraxılış imtahanından qovulan 9-cu sinif şagirdi Nur Əhmədovanın valideyni deyib.
Demedia.az-a müraciət edən valideynlər Nurun necə çətin günlər keçirdiyini deyib. Valideynlər bildiriblər ki, telefon səhvən kurtkasının cibində qalıb.
İmtahandan bir saat öncə də telefonu özü aşkarlayaraq nəzərətçiyə verib. Bundan sonra imtahandan kənarlaşdırılıb.
Qeyd edək ki, aprelin 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.