Əsrlik çay zəlzələdən sonra bu hala düşdü - VİDEO



 23:48 20.04.2023     627

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Hatayın Akbez rayonundakı Akbez çayının yerin altından axmağa başladığını görən vətəndaşlar heyrətlərini gizlədə bilmirlər.

Hatayın Akbez rayonunda baş verən zəlzələlərdən sonra Akbez çayında baş verən dəyişiklik görənləri heyrətə gətirib. Bölgədə yaşayan vətəndaşlar öz yatağında davam edən suyun birdən-birə yerin altına gedə biləcəyini anlaya bilməsə də, bələdiyyə qrupları hadisə ilə maraqlanıb. Çayın yatağının sızma xəttinə töküldüyünü təxmin edən səlahiyyətlilər, suyu tikinti texnikası ilə başqa yatağa yönəldiblər. Beləcə çayın suyu başqa su yatağına qarışaraq yer üzündə öz axınına davam edirdi. Uzun müddətdir ki, yerin altından axan suyun hara getməsi maraq doğururdu.

Cəlal Arı, kənd sakinlərindən: “İllərdir axan sudur. Yağışlara və mövsümə görə axır. Dedilər axın kəsilib. Dostlar gedib baxıb dedilər ki, su batır, uzaqdan çıxır. Çıxan su bulanıq olur.
.
Muzaffer Özer adlı vətəndaş isə 70 yaşının olduğunu və bu yaşa qədər belə bir halla qarşılaşmadığını bildirib: “Bu yaşa qədər belə bir şey görməmişəm. Bunun səbəbi zəlzələ ola bilər. Dünən fikirləşdim ki, piyada gedim, gördüm ki, su damcısı yoxdur. Bir dostum gəlib dedi ki, su yerin altından axır. Uşaqlığım burada keçib. Mən heç vaxt belə bir hadisə ilə rastlaşmamışam”.

Aysun / Demedia.az