Kürdəmirdə xeyriyyə tədbirləri təşkil edildi



 19:44 20.04.2023     373

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Kürdəmir şəhər məscidi dini icmasının birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb.
Demedia.az-a EL TV-dən verilən məlumata görə, Kürdəmir rayon Mərkəzi Xəstəxanasında isə  sünnət aksiyası təşkil edilib. 
İmişlidə də şəhid ailələri və müharibə iştirakçıları diqqətdən kənarda qalmayıb. Onlara hüquqi yardım göstərilib. Kürdəmirdə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi açılıb. Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Ramazan ayının sevgi, mənəvi yenilənmə, mərhəmət, xeyirxahlıq ayı olduğu vurğulandı. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxundu, əziz xatirələri yad edildi. Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı və təşəbbüsü ilə Ramazan ayı çərçivəsində sünnət aksiyası da təşkil edildi. Əvvəlcə həkim müayinəsindən keçən uşaqlar sonra əməliyyat olundular. Aksiyanın birinci günü 20-dən çoz uşaq sünnət olundu. İki gün davam edən xeyriyyə tədbirində 40-yaxın uşağın sünnət olunması nəzərdə tutulur. "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi isə İmişlidə "Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" tədbiri keçirdi. Azərbaycan Vəkillər Kollegiyasının 38 Vəkil Bürosunun vəkilləri ilə birlikdə İmişli rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə dəstəyi göstərildi. İctimai Birliyinin Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək yönümündə həyata keçirdiyi layihə dövlət QHT münasibətlərinin inkişafı fonunda faydalı və səmərəli vətəndaş cəmiyyəti təşəbbüsüdür.