Yevlaxda “Peyvənd aylığı” aksiyası keçiriləcək



 20:15 20.04.2023     345

Yevlax şəhər Mərkəzi Xəstəxanası, Ailə sağlamlıq mərkəzi və Yevlax şəhər Gigiyena və Epidemiologiya mərkəzi aprelin 26-da “Peyvənd aylığı” aksiyası keçirəcək.

Demədia.az-a EL TV-dən verilən məlumata görə, burada peyvənd vurdurmayanlar üçün həkim briqadası təşkil ediləcək. Bunu Yevlax şəhər Gigiyena və Epidemiologiya mərkəzinin epidemioloqu Mehriban Qarayeva deyib. Onun sözlərinə görə, əvvəlki illərə nisbətən mövsümü yolxucu xəstəliklərdə atım müşahidə edilir. Ancaq bununla belə sakinlər hələ də peyvənd vurdurmaq istəmirlər. Bunun üçün onlar aksiya keçiriləcək yerə gəlməli və heç bir ödəniş etmədən peyvənddən yararlanmalıdırlar.