Gənc istedadlar müəyyənləşdirilir



 20:45 20.04.2023     342

Mingəçevir və Yevlaxda ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçirilib.

Demedia.az-a EL TV-dən verilən məlumata görə,  üç mərhələdən ibarət festivalda şagirdlər təqdimatlar, rəqəmsal incəsənət nümunələri, əl işlərindən ibarət rəsm əsərləri ilə münsiflər heyəti qarşısında çıxış ediblər.
 Mingəçevirdə ilk dəfə keçirilən festivalda şagirdlər incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən solo ifalar, bədii qiraət, musiqi və hazırladıqları əl işlərindən ibarət rəsm əsərləri ilə münsiflər heyəti qarşısına çıxdılar. 6-12 yaş qrupları arasında keçirilən festivalda şagirdlər münsiflər qarşısına həyəcanlı çıxdıqlarını, amma buna baxmayaraq yüksək səviyyədə hazırlaşdıqlarını bildirdilər. Yevlaxlı şagirdlər də Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən Uşaq incəsənət festivalında öz məharətlərini nümayiş etdirdilər. Burada da şagirdlər fortepiano çalğı alətində müxtəlif bəstəkarların əsərlərini səsləndirdilər. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Festivalın ilk mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. Festival ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək. Burada hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Ən çox nominasiya üzrə iştirak edən və fəallıq göstərən şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.