Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyi demokratiyanın alçaldılmasıdır - Podolyak



 16:07 25.04.2023     283

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyini “ikiüzlülük və demokratiyanın alçaldılması” kimi qiymətləndirib.

Demedia.az xəbər verir ki, bu barədə Mixail Podolyak sosial media hesabında yazıb. Lavrovun BMT Təhlükəsizlik şurasına sədrliyini “riyakarlıq” kimi qiymətləndirən Podolyak, “Lavrov BMT Təhlükəsizlik Şurasına sədrlik edir, müharibəni, qırğınları və dağıntıları qanuniləşdirir” deyə bildirib.

Rusiyanın açıq şəkildə demokratiyanı, azadlığı və razılaşmaları təhqir etdiyini qeyd edən Mixail Podolyakın sözlərinə görə, Rusiya terrorun sponsoru elan edilməli və hər yerdən qovulmalıdır.

Bahadur Seyidov