Rusiya Moldova səfirliyində çalışan diplomatı qovdu



 16:12 25.04.2023     318

Rusiya Moldova səfirliyində çalışan diplomatın “persona non qrata” elan edilməsinə qərar verib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Moldovanın rus diplomatını “persona non qrata” elan etmək qərarı xatırladılıb. Bildirilib ki, bu səbəbdən Moldovanın Moskvadakı səfiri Lilian Dariyin nazirliyə çağırılıb və Kişinovun Rusiyaya qarşı atdığı düşməncə addımlarına etiraz edilib. Rusiya Moldovaya etiraz notası verib.

Bəyanatda həmçinin qeyd olunub ki, bəzi Moldova rəsmilərinin Rusiya əleyhinə bəyanatları və Moldovanın Avropa İttifaqının sanksiyalarında iştirakı səbəbindən Rusiyaya girişi qadağan edilib.

Bahadur Seyidov