İtaliya Sudanı tərk etmək istəyən vətəndaşlarını təxliyə etdi



 16:42 25.04.2023     314

İtaliya Sudanı tərk etmək istəyən vətəndaşlarını təxliyə edib.

Demedia.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Giorgia Meloni açıqlama verib. O bildirib ki, Sudanı tərk etmək istəyən bütün vətəndaşlar təxliyə edilib. Onların arasında əcnəbilər də var. Meloni, bu təxliyyənin həyata keçirilməsində çalışan əlaqədar nazirlərə və dövlət qurumlarına təşəkkür edib. Meloni Sudanda mülki hökumətin qurulması üçün tərəfləri dialoqa və müharibəni dayandırmağa çağırıb.

İtaliya mətbuatının məlumatına görə, Sudanın paytaxtı Xartumdan Cibutiyə 107-si italyan olmaqla 150 nəfər təxliyyə edilib. Onlar İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə təxliyə edilib.

Bahadur Seyidov