Qlobal hərbi xərclər rekord dərəcədə artdı



 17:10 25.04.2023     308

Rusiyanın Ukraynadakı müharibəsinin təsiri ilə qlobal hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq 2,24 trilyon dollara çatıb.

Demedia.az xəbər verir ki, Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, ötən il hərbi xərclərin rekord səviyyəyə çatmasına baxmayaraq, qlobal hərbi xərclər inflyasiya səbəbindən yavaşlayıb. Bildirilib ki, Avropada hərbi xərclər 13 faiz artaraq 345 milyard dollara çatıb. Bu, 1989-cu ildə soyuq müharibənin sona çatdığı vaxtdan sonra ən yüksən miqdardır. Avropa ölkələri arasında Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvanın 27 faiz, İsveçin 12 faiz, Polşanın isə 11 faiz artıb. Rusiyanın 2022-ci ildə hərbi xərcləri əvvəlki illə müqayisədə 9,2 faiz artaraq 86,4 milyard dollar təşkil edib. Bu rəqəm Rusiya ÜDM-nin 4,1 faizini təşkil edib.Ukraynanın hərbi xərcləri 640 faiz artıb.ABŞ-ın hərbi xərcləri isə inflyasiyaya baxmayaraq ötən il 0,7 faiz artaraq 877 milyard dollara çatıb.

Qlobal hərbi xərclərin 39 faizini təşkil edən ABŞ bu kontekstdə birinci yerdədir. 2022-ci ildə ABŞ-ın hərbi xərclərinin artmasında Ukraynaya 19,9 milyard dollarlıq maliyyə hərbi dəstəyi də təsirli olub.Dünyada ikinci ən böyük hərb sahəsinə büdcə ayıran Çin ötən il hərbi xərclərə 292 milyard dollar ayırıb.

Bahadur Seyidov