Fransa Sudandakı səfirliyini bağladı



 17:28 25.04.2023     306

Fransa Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini bağladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə,  Fransanın Sudandakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Bildirilib ki, səfirlik binası Xartumda təxliyə edilənlərin toplanma yeri olmayacaq və səfirlik fəaliyyətini Parisdən davam etdirəcək.

“Fransa atəşkəs və Sudanda siyasi keçid prosesinin bərpasına kömək etmək üçün hərəkətə keçib. Fransa tərəfləri siyasi dialoqa qayıtmağa çağırır”, - bəyanatda deyilir.

Bahadur Seyidov