Böyük Britaniya süni intellekt üçün 100 milyon funt sterlinq ayırdı



 17:44 25.04.2023     312

Böyük Britaniya süni intellekt sahəsində imkanlarını artırmaq üçün 100 milyon funt sterlinq fond və xüsusi tapşırıqlar komitəsi yaradır.

Demedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Rişi Sunak deyib. Britaniya hökumətinin açıqlamasına görə, süni intellekt sahəsində işləri sürətləndirmək üçün startap fondu olaraq 100 milyon funt sterlinq təyin edilib. Məlumata görə, yaradılacaq xüsusi tapşırıq komitəsi ölkə daxilində təhlükəsiz və etibarlı süni intellektin istifadəsini inkişaf etdirəcək və Böyük Britaniyanın bu texnologiyada qlobal rəqabətədavamlı olmasını təmin etməyə çalışacaq.

Sunak, süni intellekt sahəsindəki işləri sürətləndirmək üçün 100 milyon funt sterlinq dəyərində ilkin fond yaradıldığını və bu sahəyə qoyulan sərmayələrin ölkənin elm barədə hədəfinə töhfə verəcəyini qeyd edib.

Bahadur Seyidov