BMT əməkdaşları Xartumdan təxliyə edildi



 18:15 25.04.2023     339

BMT-nin baş katibi Antonio Quterreş BMT-nin yüzlərlə əməkdaşının Xartumdan daha təhlükəsiz yerlərə təhlükəsiz şəkildə köçürülməsini alqışlayıb.

Demedia.az xəbər verir ki, bu barədə BMT sözçünün müavini Fərhan Haqın yazılı açıqlama verib. Təxliyə əməliyyatının təhlükəsiz aparılmasını təmin etmək üçün əməkdaşlığa görə Sudan hakimiyyətinə təşəkkürünü bildirən Quterreş, tərəfləri münaqişəyə dərhal son qoymağa və mülki şəxslərin təxliyəsini təmin etməyə çağırıb.BMT-nin Sudan xalqı ilə həmrəy olduğunu və demokratik keçid və təhlükəsiz gələcək üçün birgə çalışmaya davam edəcəyini ifadə edən Quterreş bəyan edib ki, BMT Sudanda əməliyyatlarını davam etdirəcək.

Baş katib qeyd edib ki, o, tərəfdaşlarla gərginliyin azaldılması və daimi atəşkəs rejimini dəstəkləmək üçün səylərini davam etdirəcək.

Bahadur Seyidov