Avropa İttifaqı Suriyaya qarşı yeni sanksiyalar tətbiq etdi



 17:05 25.04.2023     312

Avropa İttifaqı narkotik istehsalı və qaçaqmalçılığı ilə əlaqəsi olması səbəbilə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, 25 şəxs və 8 təşkilatı sanksiya siyahısına əlavə edilib. Avropa İttifaqının məlumatına görə, Suriyada rejimin liderliyi ilə narkotik ticarəti biznes modelinə çevrilib. Məlumata görə, rejim nümayəndələri bunun sayəsində gəlirlər əldə ediblər. Açıqlamada sanksiya siyahısına əlavə edilənlər arasında Əsəd ailəsinin üzvləri, o cümlədən Bəşər Əsədin əmisi oğulları, rejim qüvvələrinə bağlı şəxslər, Əsəd ailəsinə və kəşfiyyata yaxın olan bəzi iş adamlarının olduğu qeyd edilib.

Siyahıya “Aman” adlı özəl mühafizə və mühafizə şirkətləri və onlarla əlaqəli şəxslərin də daxil edildiyi bildirilib.

Bahadur Seyidov