Uşaqlarda allergik rinit nələrə səbəb olur? - Video



 16:14 25.04.2023     704

Allergik rinit (AR) – burun selikli qişasının allergen deyilən, orqanizmə yad olan maddələrə qarşı verdiyi iltihabi cavab reaksiyasıdır. Həmin maddələr hər kəsdə allergik reaksiyaya səbəb olmayıb,yalnız həmin maddələrə - allergenlərə həssaslığı olan insanlarda allergik rinitə səbəb olur.AR soyuqdəyməyə bənzər və ya qripə bənzər əlamətlərlə özünü göstərir. Soyuqdəymədən fərqli olaraq AR-ə səbəb Virus deyil allergendir. Əhali arasında AR-in rastgəlmə tezliyi böyüklərdə 10-30%, uşaqlarda 40% dək dəyişə bilir.

Pediatr-İnfeksionist Aytən Ziyadova uşaqlarda allergik rinit nələrə səbəb olduğu barədə videoda ətraflı məlumat verir.

Dr. Aytən Ziyadova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ