Kim deyər ki, 56 yaşında: Məşhur sənətçinin elə görüntüsü yayıldı ki...



 23:09 25.04.2023     730

Bu yaxınlarda "Sehrli Maykın Son Rəqsi" prodakşınına çəkilən Hollivud ulduzu Salma Hayek sosial media hesabında bikinili pozaları ilə adından söz etdirib.

Demedia.az xəbər verir ki, yaşının irəliləməsinə baxmayaraq, fit bədən quruluşunu itirməyən məşhur ad pərəstişkarlarının heyranlığını və şərhlərini alıb.

Latın Amerikalı aktrisa və kinorejissor Salma Hayek 1995-ci ildə Antonio Banderas ilə birlikdə rol aldığı "Desperado" filmi ilə karyerasında böyük sıçrayış etdi və Hollivuda giriş biletini qazanıb.

Məşhur aktrisa 2009-cu ildə iş adamı Fransua Anri Pino ilə ailə həyatı qurub və cütlüyün bu evlilikdən Mathilde adlı qızı dünyaya gəlib.

Yaşlanmanın onu narahat etmədiyini deyən Salma Hayek 30 yaşına çatanda çətinlik çəkdiyini, lakin 50 yaşında belə hiss etmədiyini bildirib. Hayek indiki yaşında özünü xoşbəxt və məmnun hiss etdiyini də bildirib.

İllərə meydan oxuyan görünüşü ilə tez-tez gündəmə gələn 56 yaşlı Hollivud ulduzu son zamanlar 23,5 milyon izləyicisi olan İnstaqram səhifəsində ardıcıl yayımladığı fotoları ilə gündəmə gəlib.

Sarı bikinisi ilə obyektiv qarşısına keçən aktrisa paylaşımına bunları deyib: “Nə vaxt özümü gümrah hiss etmək istəsəm, okeana tullanıram”.

Aysun / Demedia.az