Dənizdə başladı, quruda bitdi! - İspaniyada film kimi əməliyyat



 20:30 25.04.2023     572

İspaniyanın Mayorka bölgəsində baş verən hadisə dünya mətbuatının gündəminə düşüb. Hadisə İspaniya hakimiyyətinin narkotik alverçilərinə qarşı müdaxiləsini əhatə edib. Ölkənin ən böyük problemlərindən biri qeyri-qanuni immiqrantlar və Şimali Afrikadan narkotik daşımalarıdır. Mayorka Sahil Mühafizəsi qrupları yüksək sürətlə Şimali Afrika istiqamətindən İspaniya adasına yaxınlaşan şişmə qayığın videosunu paylaşıb.

Demedia.az xəbər verir ki, qaçaqmalçılar polisin diqqətinə düşdüklərini anlayınca qaçmağa başlayıblar.

Polis şübhəlilərin yanacağı olmadığını bildikləri üçün dənizə atılaraq qaçmağa çalışan şəxslərin arxasınca düşüb.

Qısa müddətdən sonra hadisə komandaların gözlədiyi kimi baş verdi. Çarəsiz qalan şübhəlilər qayıqlarını sahilə aparıb və Mayorka kurortunda günəş vannası qəbul edən turistlərin arasından qaçmağa başlayıblar.

Bura enən narkotik qaçaqmalçıları üçün sürpriz də edilib. İspaniya polisi artıq öz mövqeyini tutmuşdu və insanların gəlməsini gözləyirdi. Sözügedən əməliyyata ən böyük dəstək havadakı helikopterdən gəldi. Pilotun addım-addım təqib etdiyi qaçaqmalçılar qısa zamanda yaxalanıb.

Daha sonra polis qaçaqmalçıların qayığına baxış zamanı 1200 kiloqram narkotik tapıb və 3 şübhəli həbs edilib. Digər tərəfdən İspaniya polisinin verdiyi açıqlamada mövzu ilə bağlı bu ifadələr yer alıb:

"Narkotik qaçaqmalçılığı üçün istifadə edilən "narcolancha" sürətli qayığı Şimali Afrikadan Mayorka sahillərinə qədər yüksək sürətlə tutuldu".

Aysun / Demedia.az