819 günlük Maya təqviminin sirri açıldı



 20:03 25.04.2023     456

ABŞ-ın Tulane Universitetinin tədqiqatçıları 819 günlük Maya təqviminin sirrini nəhayət ki, həll ediblər. Məlum olub ki, təqvim səmada gözlə görünən bütün planetlərə uyğun gəlir.

Astronomiya və təqvim Maya Sivilizasiyasının ən böyük ehtiraslarından biri idi. O qədər ki, sivilizasiya planetlərlə əlaqəli olduğu düşünülən, lakin sirrini həll edə bilməyən son dərəcə mürəkkəb bir təqvim hazırlamışdı.

819 günlük bu təqvim 1940-cı illərdə deşifrə edildiyindən bəri maraq mövzusu olub. Çünki alimlər 819 günlük dövrü məntiqi olaraq Ay, Günəş və ya hər hansı digər obyektlə uyğunlaşdıra bilmədilər.

Digər tərəfdən, Tulane Universitetindən Con Linden və Viktoriya Briker nəhayət bu kodu sındırdıqlarını düşünürlər.

İki antropoloq bu əsrarəngiz təqvimi 819 gündən ibarət görmək əvəzinə, ümumilikdə 16.380 gün davam edən 20 dövrədə geniş şəkildə düşünərək, bu dövrün sonunda göy cisimlərinin necə hərəkət edəcəyinə nəzər saldılar.

Sözügedən əsrarəngiz təqvimlə 20 ilə, bu gün istifadə etdiyimiz təqvimlə isə 45 ilə uyğun gələn bu dövrə baxdığımızda təqvimin əslində göy cisimlərinin “sinodik” dövrləri ilə uyğunlaşdığı anlaşılırdı.

Günəş sistemindəki planetlərin Yerdən baxıldığında səmanın eyni nöqtəsinə çatması üçün keçən vaxt sinodik dövr adlanır. Bununla belə, planetlərin sinodik dövrləri bir-birindən tamamilə fərqlidir.

Məsələn, Merkuri 117 gündə bir dəfə səmanın müəyyən bir nöqtəsinə gəlir. Bu o deməkdir ki, Merkuri 819 günlük Mayya təqvimində sinodik dövrünü 7 dəfə tamamlayır.

Venera üçün 585 gün, Yupiter üçün 399 gün, Saturn üçün 378 gün, Mars üçün 780 gün (Neptunu adi gözlə görmək mümkün deyil). Buna görə də bu planetlərin səmada eyni nöqtəyə çatması üçün tələb olunan günlərin sayı Mayyaların 819 günlük təqviminin bir ilinə sığmır.

Beləliklə, tədqiqatçılar təqvimi 20 ilə qədər uzatdılar və planetlərin sinodik dövrləri ilə əlverişli nisbətlər tapa bildiklərini gördülər.

Ancient Mesoamerica elmi jurnalında dərc edilən yeni araşdırma, 819 günlük təqvimin illər ərzində planetar dövrlərlə dəqiq uyğunlaşma təmin edə biləcəyini tapdı.

Məsələn, bu 819 günlük təqvimə görə Venera 5 ildən bir 7 dəfə sinodik dövrünü tamamlayır. Yupiter 19 ildən bir dövrünü 39 dəfə tamamlayır.

Sözügedən təqvimdə Saturnun 13 sinodik dövrü 6 il davam etdiyi halda, Marsın 21 dövrü bu təqvimə görə 20 il çəkdi.

Aysun / Demedia.az