Putin Qərbin həmləsinə cavab verdi



 14:12 26.04.2023     304

Rusiya prezidenti Vladimir Putin ölkəsində dost olmayan ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə verib.

Demedia.az xəbər verir ki, Putinin xaricdə Rusiya aktivlərinin dondurulmasına cavab addımlarını ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub. Məlumata görə, başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verən sənəddə deyilir ki, sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.

Sərəncamda Almaniyanın “Uniper” və Finlandiyanın “Fortum” şirkətlərinin Rusiyadakı aktivlərinin idarə olunması üçün müvəkkil təyin edildiyi bildirilib.

Bahadur Seyidov