BMT əməkdaşlarını Xartumdan təxliyə etdi



 14:59 26.04.2023     283

Sudandakı qarşıdurmada 459 nəfər həlak olub.

Demedia.az xəbər verir ki, BMT-nin Humanitar Məsələləri üzrə Koordinasiya Ofisinin sözçüsü Jens Laerke bildirib ki, BMT personalı da daxil olmaqla təxminən 700 nəfər Xartumdan daha təhlükəsiz yerə təxliyə edilib. Məlumata görə, Sudanda ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında baş verən toqquşmaların 11-ci günündə elan edilmiş atəşkəsə baxmayaraq, bəzi hallarda partlayış və atışma səsləri eşidilir.

Xartumda tərəflər atəşkəsə əməl edir. Ümumdünya Səhiyyə Təşkilatının Sudan nümayəndəsi Nima Said Abed aprelin 15-dən Sudanda davam edən qarşıdurmalarda ümumilikdə 459 nəfərin həyatını itirdiyini, 4072 nəfərin isə yaralandığını açıqlayıb.

Bahadur Seyidov