Avropa İttifaqı qlobal arenada daha fəal və iddialı olmalıdır - Avropa Parlamentinin sədri



 15:19 26.04.2023     297

Avropa İttifaqı qlobal arenada daha fəal və iddialı olmalıdır.

Demedia.az xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola belə deyib. O bildirib ki, ittifaq Rusiya qarşı münasibətdə gücünü ortaya qoyub. Avropa Parlamentinin sədrinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni hücumları Avropanın dayanıqlığını sınaqdan keçirir.

"Bu, bizim iqtisadiyyatlarımıza təsir etdi, bizi görünməmiş enerji böhranına sürüklədi. İnflyasiyaya və yaşayış xərclərinin artmasına səbəb oldu. Mən bilirəm ki, biz bunun öhdəsindən gələcəyik. Avropa İttifaqı prinsip və dəyərlərini mənimsəyərək, ona qarşı olan təşəbbüsləri puça çıxarıb və bu mövzuda uğur qazanıb” - Avropa Parlamentinin sədri deyib.

Bahadur Seyidov