“Hazırkı şərtlər taxıl müqavilənin uzadılmasını dəstəkləmir” - Peskov



 15:43 26.04.2023     303

“Hazırkı şərtlər taxıl müqavilənin uzadılmasını dəstəkləmir”.

Demedia.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov taxıl müqaviləsinin uzadılmasının mümkünlüyündən danışarkən belə deyib. O bildirib ki,  müqavilə şərtləri hələlik icra olunmayıb. Peskovun sözlərinə görə, tərəflər Ruisya ilə bağlı üzərinə götürdüyü şərtləri də yerinə yetirməyib. Peskov həmçinin, Kremlin taxıl müqaviləsinin uzadılmamasının qlobal ərzaq böhranına gətirib çıxaracağı ilə bağlı fikirlərə də münasibət bildirib.

“Qlobal ərzaq böhranının başqa səbəbləri olduğunu bilirik. Bu, Ukrayna taxılının bazardan çıxarılmasının birbaşa nəticəsi deyil.  Təbii ki, Ukrayna taxılının və Rusiya taxılının bazardan çəkilməsi amilləri də ola bilər. Amma bu həlledici deyil. Ortaya çıxma səbəbi başqadır və Rusiya tərəfi bunu dəfələrlə bəyan edib” - Peskov deyib.  ifadələrini işlədib.

Bahadur Seyidov