Poroşenko Ukraynadan taxıl idxalına qadağa qoyulmasına etiraz etdi



 16:05 26.04.2023     299

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Avropa İttifaqının keçmiş Şərq Bloku üzvlərinin Ukraynadan taxıl və ərzaq məhsullarının idxalına qadağa qoymasına etiraz edib.

Demedia.az xəbər verir ki, Polşanın Katovitse şəhərində keçirilən görüşdən sonra açıqlama verən Poroşenko Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstanın Ukraynadan taxıl idxalına qadağa qoyulması qərarını tənqid edib. O bildirib ki, AB Komissiyasının Ukrayna taxılına yanaşması çox aydındır və bütün ölkələr buna əməl etməlidir.Poroşenkonun sözlərinə görə, polşalı fermerlərin itkiləri kompensasiya edilə bilər. Ancaq Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmaq olmaz.

Qeyd edək ki, bəzi ölkələr yerli məhsulları təşviq etmək üçün Ukraynadan taxıl idxalına qadağa qoyub.

Bahadur Seyidov