Cənubi Koreya prezidenti NASA-ya məxsus obyekti ziyarət etdi



 16:45 26.04.2023     296

Vaşinqtona səfər edən Cənubi Koreya prezidenti Yoon Suk-yeol ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinə (NASA) məxsus obyekti ziyarət edib.

Demedia.az xəbər verir ki, Harris və Yoon iki ölkə arasında kosmik rabitə və naviqasiya sahəsində əməkdaşlığa dair birgə bəyanat imzaladıqdan NASA-nın “Goddard Kosmik Uçuş Mərkəzi”ni ziyarət ediblər. Onlar NASA alimlərindən kosmosun tədqiqi və iqlim böhranı ilə bağlı məlumatlar alıblar.  "Bizim müttəfiqliyimiz günümüzün aktual problemlərinin həllində nümunə göstərilir", - Harris müəssisədə Yoon ilə birgə bəyanatında bildirib.

Yoon isə bildirib ki, imzalanmış birgə bəyanat iki müttəfiq arasında kosmos sahəsində əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün tramplin rolunu oynayacaq.

Bahadur Seyidov