“Microsoft” şirkəti Polşada regional məlumat mərkəzi açdı



 17:42 26.04.2023     325

“Microsoft” şirkəti Polşada regional məlumat mərkəzi açdığını elan edib.

Demedia.az xəbər verir ki, şirkətin açıqlamasına görə, sözügedən mərkəz mərkəzi və şərqi Avropanın ilk məlumat mərkəzidir. Bildirilib ki, Polşadakı əsas mərkəz paytaxt Varşava ətrafında hər biri bir və ya bir neçə məlumat mərkəzindən ibarət 3 müstəqil fiziki məkandan ibarətdir. Məlumata görə, əsas mərkəz ölkədə təhlükəsizlik, məxfilik və tənzimləyici məlumatların saxlanmasının ən yüksək standartlarını təmin edəcək.

Bildirilib ki, Polşada açılan data mərkəzi “Microsoft”un xidmətlərinə sürətli və etibarlı çıxışı təmin edəcək.

Bahadur Seyidov