Təcavüzdə təqsirləndirilən şəxsə GÖRÜN NƏ ETDİLƏR



 19:01 26.04.2023     436

Türkiyədə Şanlıurfada Ergün E.-nin (19) ona sataşdığını iddia etdiyi Sait E. parkdakı insanlar tərəfindən döyülüb.

Demedia.az xəbər verir ki, polis qrupları tərəfindən linç cəhdindən xilas edilən Sait E. özünə böhtan atıldığını və təcavüzkarlardan şikayətçi olduğunu bildirib.

Hadisə günorta saatlarında Bahçelievler rayonundakı Ali Şelli parkında baş verib. İddiaya görə, parkda dolaşan Ergün E. daha əvvəl də ona sataşdığını iddia etdiyi Sait E. ilə qarşılaşıb. Ergün E. təcavüzə məruz qaldığını iddia edərək birdən qışqırmağa başlayıb.

Ətrafdakılar Sait E.-yə təcavüz iddiası üzərinə təpik və yumruq atmağa başlayıb. Xəbərlə gələn polis qrupları, Ergün E. və Sait E.-ni nəzarətə götürdü. Polis idarəsinə aparılan Sait E. ona böhtan atıldığını bildirərək, Ergün E. və ona hücum edənlərdən şikayətçi olub.

Polis qrupları cib telefonunun kamerasına əks olunan linç cəhdi ilə əlaqədar araşdırmalarını davam etdirir.

Aysun / Demedia.az