Dəhşətli CİNAYƏT: Gəlinini öldürdü, sonra isə...



 23:48 26.04.2023     644

Türkiyədə Muğlanın Seydikemer mahalına bağlı Atlıdere rayonunda gəlinini öldürüb, daha sonra yandırmağa cəhd edən 72 yaşlı Kamil Öğüt Jandarmada aparılan əməliyyatların ardından Fethiye Ədliyyəsinə aparılıb.

Demedia.az xəbər verir ki, prokurorluqda ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilən Kamil Öğüt həbs olunaraq Fethiye Həbsxanasına göndərilib.

Atlıdere Məhəlləsində yaşayan Kamil Öğüt səhər saat 08:00 radələrində ailə problemlərinə görə düşmənçilik etdiyi oğlunun eyni məhəllədə yaşayan həyat yoldaşı Hatice Öğütün evinə gedib. Evin bağçasındakı tövlədə ikili arasında mübahisə olduğu iddia edilib. Mübahisənin uzanması üzərinə Kamil Öğüt yanındakı odlu silahla Hatice Öğütə xəsarət yetirib və tövlədə üzərinə saman ataraq hadisə yerindən qaçıb.

Kamil Öğüt verdiyi açıqlamada ailədaxili iğtişaşlar yaşadıqları və bu mövzuda gəlinini günahlandırdığı öyrənilib.

Aysun / Demedia.az