NATO Zelenski ilə Si Cinpinq arasında telefon danışığını alqışladı



 16:05 27.04.2023     351

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin sədri Si Cinpinq arasında telefon danışığını alqışlayıb.

Demedia.az xəbər verir ki, o həmçin qeyd edib ki, Ukrayna və Rusiya sülh danışıqlarına başlamazdan əvvəl Kiyevin hərbi cəhətdən mövqeyi güclü olmalıdır. Stoltenberq Rusiya ilə sülh danışıqları olacağı təqdirdə buna Ukraynanın qərar verəcəyini, mümkün danışıqların şərtlərini və formatlarını Kiyev administrasiyasının müəyyənləşdirəcəyini bildirib.

"Rusiya ilə effektiv danışıqların mümkün olması üçün Ukrayna ehtiyac duyduğu hərbi gücə sahib olmalıdır. Kiyev Rusiyaya qalib gələ bilməyəcəyi mesajını verməlidir. Bu müharibə danışıqlar masası arxasında bitə bilər" - Stoltenberq deyib.

Bahadur Seyidov