Neft bazarı tarazlaşıb - Novak



 15:31 27.04.2023     313

“Neft bazarı tarazlaşıb. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və OPEC+ qrupunun əlavə neft hasilatını azaltmasına ehtiyac yoxdur”.

Demedia.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak belə deyib. O bildirib ki, Rusiya neft hasilatını 20 milyon ton azalda bilər. Bu 515 milyon ton neft deməkdir.

"Rusiyanın hasilatı azaltma qərarını və digər ölkələrdə gördüyümüz ixtisarı nəzərə alsaq, artıq bazar balanslaşdırılmışdır. Həmçinin istehlak artıq artmağa başlayacaq. Əlavə neft hasilatını azaltmağa ehtiyac yoxdur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEC+ qrupu Nazirlərin 48-ci Müştərək Monitorinq Komitəsinin iclasında neft hasilatının gündəlik 2 milyon barel azaldılması barədə qərar qəbul edilib. Həmçinin, əlavə olaraq bəzi ölkələr könüllü olaraq neft hasilatının təxminən 1,6 milyon barell azaldacağı barədə qərar verib.  

Bahadur Seyidov