Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması ilə bağlı müzakirə olmayıb - Peskov



 16:29 27.04.2023     321

Kreml sarayında görüşən Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması ilə bağlı müzakirə olmayıb.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitriy Peskov belə deyib. Kremlin sözçüsü Rusiya və Çin liderlərinin bu mövzuda fikir mübadiləsi aparmadığını vurğulayıb. Peskovun sözlərinə görə, Zelenski ilə Si Cinpin arasında telefon danışığı iki ölkənin suveren məsələsidir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin lideri Si Cinpin arasında telefon danışığı olub.

Zelenski telefon danışığından sonra bildirib ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədlərinə qayıtmalıdır.

Bahadur Seyidov