Ukraynaya vəd edilən döyüş texnikalarının 98 faizindən çoxu çatdırılıb - Stoltenberq



 16:45 27.04.2023     316

NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrdən Ukraynaya 1550 zirehli maşın və 230 tankın tədarük edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, Kiyevə vəd edilən döyüş texnikalarının 98 faizindən çoxu tədarük edilib.

"Ukraynaya vəd edilən döyüş texnikalarının 98 faizindən çoxu çatdırılıb. Bu o deməkdir ki, 1550 zirehli texnika, 230 tank və digər ləvazimatlar, o cümlədən külli miqdarda döyüş sursatı çatdırılıb. Ümumilikdə biz Ukraynanın 9-dan çox yeni zirehli briqadasını öyrətmiş və təchiz etmişik. Bu, Ukraynanı işğal olunmuş əraziləri geri alması üçün güclü edəcək", - NATO-nun baş katibi bildirib.

Bahadur Seyidov